Avro-2017: Millimiz Almaniyanı məğlub edərək 1/4 finala yüksəldi | 1news.az | Xəbərlər
İdman

Avro-2017: Millimiz Almaniyanı məğlub edərək 1/4 finala yüksəldi

20:56 - 25 / 09 / 2017
Avro-2017: Millimiz Almaniyanı məğlub edərək 1/4 finala yüksəldi

Qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

1news.az-ın məlumatına görə, A qrupunda yer alan Azərbaycan millisi III turda Almaniya yığması ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında keçirilən qarşılaşmanı Prezident İlham Əliyev də izləyib.

Faiq Qarayevin yetirmələrinin üstün olduğu görüşdə komandamız 3:1 hesabı ilə qələbə qazanıb.

Beləliklə, “A” qrupunda keçirdiyi üç görüşün hamısında parlaq qələbə qazanaraq ən yüksək nəticə göstərən Azərbaycan voleybolçuları 1/4 finala birbaşa vəsiqəni təmin ediblər.

Milli komandamız əvvəlki görüşlərdə Macarıstan və Polşa yığmalarına 3:0 hesabı ilə qalib gəlib. “A” qrupundan Polşa və Almaniya yığma komandaları mübarizəni pley-offda davam etdirəcəklər.

Dörddəbir finala birbaşa vəsiqənin digər sahibləri İtaliya, Rusiya və Serbiya milli komandalarıdır. 

Avro-2017

Qrup mərhələsi

25 sentyabr

A qrupu

III tur

Almaniya – Azərbaycan - 1:3 (25:19, 19:25, 18:25, 18:25)

Hakimlər: Stefan Takayçvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)

Babək Cahandarov

 

Paylaş:
637

Son xəbərlər

Bütün xəbərlər