Göygöldə 10 otaqlı ev yanıb
Göygöl rayonunda yerləşən evlərdən birində yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Göygöl rayonu, Üçtəpə kəndində ümumi sahəsi 986 m2 olan ikimərtəbəli 10 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin tavanı 8 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Babək Cahandarov
912