“Baharda solan ömür” fimini yaxın günlərdə izləmək mümkün olacaq – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Baharda solan ömür” fimini yaxın günlərdə izləmək mümkün olacaq – FOTO – VİDEO

14:27 - 26 / 09 / 2017
“Baharda solan ömür” fimini yaxın günlərdə izləmək mümkün olacaq – FOTO – VİDEO

Ümumdünya Dağ yəhudiləri konqresinin yaradıcısı və ilk prezidenti Zaur Gilalovun xatirəsinə ithaf olunmuş sənədli film üzərində işlər artıq yekunlaşıb.

1news.az-ınverdiyi xəbərə görə, filmdə ilk növbədə Azərbaycanda multikulturalizmin və tolerantlığın bariz nümunələrindən biri sayılan Qubanın “Qırmızı qəsəbə”sindən, onun tarixi, insanları və onların əsrlərlə qoruyub inkişaf etdirdikləri adət-ənənələrindən bəhs olunur. 

Qurşumovlar həmin qəsəbənin parlaq nəsillərindən biri olub. Bu nəslin görkəmli nümayəndəsi Tahir Qurşumovun böyük oğlu Zaur Gilalov dağ yəhudilərinin dünyada tanıdılmasında müstəsna xidmətlər göstərib. Zaurun məktəb və gənclik illərinin dostları, onun atası və babasını tanıyan şəxslər, Zaur Gilalovun Ümumdünya Dağ yəhudiləri konqresini yaratmaq istiqamətində gördüyü işlər, onun planları haqqında xatirələrini bölüşürlər. 

Dağ yəhudiliyinə konseptual yanaşmanın banisi sayılan Zaur Gilalov 5 mart 2004-cü il tarixində qətlə yetirilib. Onun cəmi 29 yaşı var idi. Oktyabrın 1-də isə o, 30 yaşını qeyd edəcəkdi. Sənədli film “Baharda solan ömür” adlanır. Filmin coğrafiyası Azərbaycan, Rusiya və İsraili əhatə edir. 

Qeyd edək ki, bu layihənin reallaşmasında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İsrailin Yoknem şəhərinin vitse-meri Roman Peres, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qut təşkilati və mənəvi dəstək göstəriblər.   

“Baharda solan ömür” filminin layihə rəhbəri və ideya müəllifi Emin Musavidir.

Layihənin informasiya tərəfdaşı ASAN Radiodur. 

“Baharda solan ömür” filmini yaxın günlərdə yerli telekanallarda və Youtube kanalında izləmək mümkün olacaq.

S.Xankişiyeva

 

Paylaş:
880

Son xəbərlər

Bütün xəbərlər