Kristian Vigenin: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun davam etməsinə razı ola bilmərik | 1news.az | Xəbərlər
Siyasət

Kristian Vigenin: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun davam etməsinə razı ola bilmərik

15:00 - 26 / 09 / 2017
Kristian Vigenin: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun davam etməsinə razı ola bilmərik

Sentyabrın 26-da Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Bahar Muradova Azərbaycanın ATƏT və onun bütün qurumları ilə, eləcə də Parlament Assambleyası ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan nümayəndə heyəti bütün səviyyələrdə bu təşkilatın işində yaxından iştirak etməklə ona böyük töhfələr verir.

“ATƏT-ə üzv ölkələrin parlament nümayəndələri ilə neçə illər ərzindəki fəaliyyəti nəticəsində Azərbaycan ATƏT regionunda üzləşdiyi problemləri, çətinlikləri aradan qaldırmaq istiqamətində çox ciddi əməkdaşlıq təcrübəsinə malikdir. Həmçinin əldə etdiyimiz nailiyyətləri bölüşərək ATƏT regionunda inkişafı təmin etmək üçün çox yaxşı işlər görə bilirik. Parlament Assambleyasının, onun sədrinin müxtəlif məsələlər üzrə xüsusi nümayəndələri vasitəsilə ATƏT-in regiondakı problemlərin həllinə çalışması təqdirəlayiqdir və bu xüsusi nümayəndələr içərisində Cənubi Qafqaz üzrə nümayəndənin təyin edilməsi, onun fəaliyyətinə önəm verilməsi çox yaxşı haldır”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.

Bahar Muradova deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması bütövlükdə ATƏT regionunu təhdid edir. Ona görə də bütün ölçülər üzrə imkanı və mandatı olan şəxslər problemin həllinə ciddi töhfələr verməlidirlər. Yaxşı haldır ki, ATƏT PA-nın xüsusi nümayəndəsi ilə Minsk qrupunun həmsədrləri öz fəaliyyətləri haqqında bir-birilərini məlumatlandırmaq qərarını veriblər. “Siz Minsk qrupu həmsədrlərinin ATƏT PA çərçivəsində müzakirələrə qatılmaq məsələsini qaldırmısınız. Düşünürəm ki, hazırkı səfərdən sonra bəlkə də bu cəhdi reallaşdırmaq qarşıdakı görüşlərdə mümkün olsun. Siz artıq dünəndən bəri Bakıda müxtəlif görüşlər keçirmisiniz. Bakıətrafı yerlərdə qaçqın və məcburi köçkünlərlə görüşmüsünüz. Bu səfəriniz kifayət qədər faydalı və maraqlı səfərdir”, - deyə Bahar Muradova bildirib.

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT Parlament Assambleyasının gündəliyində olduqca böyük önəm kəsb edən məsələdir. Parlament Assambleyasının sədri xanım Kristin Muttonenin sentyabrın əvvəlində regiona səfər etməsi bunu bir daha təsdiq edir. “Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mümkün olan bütün tədbirləri görməliyik. Biz problemi sülh yolu ilə həll etmək üçün atıla biləcək istənilən addımı dəstəkləməyə hazırıq. Biz mövcud status-kvonun davam etməsinə razı ola, bu məsələyə göz yuma bilmərik. Problemin həllinə nail olmalıyıq”, - deyə K.Vigenin qeyd edib.

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib ki, Dağlıq Qarabağ kimi mürəkkəb problemin həllində bütün bu realist yanaşma ilə yanaşı, bir az da cəsarət tələb olunur. Müəyyən məsələləri öz adı ilə çağırmaq və daha çox təşəbbüs irəli sürmək zəruridir. Bütün danışıqlar işğalın nəticəsini aradan qaldırmağa, münaqişənin sülh yolu ilə həllinə yönəlib. Bizim xüsusi nümayəndə bu məsələyə yanaşmada kifayət qədər ciddi beynəlxalq hüquqa söykənir ki, bu da xüsusi nümayəndənin işini asanlaşdırır. “Əminəm ki, ATƏT PA-nın həm daimi komitəsi, həm də bürosu sizin bu təşəbbüsləri dəstəkləyəcək”, - deyə A.Quliyev bildirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
702

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər