BƏƏ-li mütəxəssislər Bakıda aviasiya təhlükəsizliyi üzrə seminar keçir
Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Bu barədə 1news.az-a BƏƏ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, bu ölkənin Daxili İşlər Nazirliyinin nümayəndə heyəti Heydər Əliyev adına Beynəlxalq Hava Limanının əməkdaşları üçün seminarlar təşkil ediblər.
AZAl, Aviasiya Təhlükəsizlik İdarəsi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının da iştirak etdiyi seminarların mövzusu: "Aviasiya təhlükəsizliyi, BƏƏ mədəniyyəti və BƏƏ dövləti tarixi"dir.
Qeyd edək ki, seminarlar bu sahədə mütəxəssis olan 5 nəfərdən ibarət nümayəndə heyəti tərəfindən aparılır.
P.Sultanova
969