Kəmaləddin Heydərov NATO baş katibinin xüsusi nümayəndəsilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəmaləddin Heydərov NATO baş katibinin xüsusi nümayəndəsilə görüşüb

16:10 - 26 / 09 / 2017
Kəmaləddin Heydərov NATO baş katibinin xüsusi nümayəndəsilə görüşüb

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 26-da NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-aFövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Kəmaləddin Heydərov Azərbaycanla NATO arasında ikitərəfli əlaqələrin əhəmiyyətini qeyd edərək FHN-nin NATO-nun müvafiq qurumları ilə mülki fövqəladə planlaşdırma və böhranların idarə olunması sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyindən danışıb.

Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən ətraflı söhbət açan nazir FHN əməkdaşlarının mütəmadi olaraq həm NATO tərəfindən, həm də birgə təşkil olunmuş müxtəlif təlim, planlaşdırma görüşləri, plenar iclas və seminarlarda iştirakının vacibliyini vurğulayıb.

Öz növbəsində, Ceyms Appaturay mövcud münasibətlərin əhəmiyyətindən bəhs edərək qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. Qonaq FHN əməkdaşlarının mütəmadi olaraq NATO-nun müvafiq qurumlarında bilik və təcrübələrin qazanması istiqamətindəki fəaliyətini yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

S.Xankişiyeva

 

Paylaş:
620

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10
Bütün xəbərlər