Azərbaycanda turizmin inkişafında xidmətləri olan şəxslər təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanda turizmin inkişafında xidmətləri olan şəxslər təltif edilib

17:52 - 26 / 09 / 2017
Azərbaycanda turizmin inkişafında xidmətləri olan şəxslər təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasında turizmin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Qılıncov Bəxtiyar Vaqif oğlu

“Tərəqqi” medalı ilə

Ağakərimov Müzəffər Mehdi oğlu

Əliyev Zakir Haşım oğlu

Qədəşov Tahir Ərziman oğlu

Yusufov Rüfət Teymur oğlu.

S.Xankişiyeva

Paylaş:
895

Son xəbərlər

Bütün xəbərlər