Musiqi Mədəniyyəti Muzeyinin direktoru və əməkdaşları təltif edildi | 1news.az | Xəbərlər
Rəsmi

Musiqi Mədəniyyəti Muzeyinin direktoru və əməkdaşları təltif edildi

18:16 - 26 / 09 / 2017
Musiqi Mədəniyyəti Muzeyinin direktoru və əməkdaşları təltif edildi

Prezident İlham Əliyev Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşlarına “Əməkdar artist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycanın musiqi irsinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar artist” fəxri adı verilsin:

Abdullayev Davud Bəxtiyar oğlu

Rəhimova Fəzilə Vaqif qızı

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin təbliğində səmərəli fəaliyyətinə görə Alla Hacı Ağa qızı Bayramova “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, A.Bayramova Musiqi Mədəniyyəti Muzeyinin direktorudur.

1news.az

 

Paylaş:
772

Son xəbərlər

Bütün xəbərlər