Səfirlik: Meksika beynəlxalq ictimaiyyətə dəstək və həmrəyliyə görə minnətdardı | 1news.az | Xəbərlər
Siyasət

Səfirlik: Meksika beynəlxalq ictimaiyyətə dəstək və həmrəyliyə görə minnətdardı

20:02 - 26 / 09 / 2017
Səfirlik: Meksika beynəlxalq ictimaiyyətə dəstək və həmrəyliyə görə minnətdardı

Son həftələr ərzində Meksika yüksək bal gücündə olan təbii fəlakətlə üzləşdi. Rixter şkalası ilə 7 baldan artıq gücə malik iki zəlzələ 12 gün ərzində yalnız bizim hazırlıqlı olduğumuzu və infrastrukturmuzu deyil, həmçinin, bizim gücümüzü və insanlıq keyfiyyətlərimizi sınadı.

Bu barədə 1news.az-a Meksikanın Azərbaycandakı səfirliyindən daxil olan açıqlamada deyilir.

Məlumatda vurğulanıb ki, sentyabrın 7-də baş verən ilk zəlzələ nəticəsində ölkənin şimal-qərb hissəsində yüzə qədər insan həlak oldu, minlərlə insan xəsarət aldı. Sentyabrın 19-da olan zəlzələnin 320 qurbanı oldu, respublikanın mərkəzinə çoxsaylı maddi ziyan vuruldu.

“Baş verənlərin qarşısında beynəlxalq ictimaiyyət ölkəmizə öz dəstəyini nümayiş etdirdi, xüsusilə BMT-nin Baş Assambleyasının 72-ci sessiyası zamanı. Bütün dünyanın dövlət və hökümət başçıları sentyabrın 19-da baş verən zəlzələnin fəsadlarına görə Meksika höküməti və xalqı ilə həmrəyliyini nümayiş etdirdilər.

Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietoya ünvanlanan, səfirliyə təqdim olunan müxtəlif məktublar vasitəsilə aldığımız diqqətə görə ən dərin təşəkkürümüzü bildiririk. Səfirlik Meksika xalqı adından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ünvanlanmış, Azərbaycan xalqı adından çoxsaylı insan tələfatından kədəri ifadə edən və yaralanlara şəfa diləyən başsağlığı məktublarına görə xüsusi minnətdarlığını ifadə edir. Bu çətin məqamlarda iki ölkə və iki xalq arasında olan dostluq əlaqələri bir-birinə daha yaxın hiss olunur.

Bu məqama qədər Meksika 23 dövlətdən, eyni zamanda BMT və Avropa Birliyindən texniki və material kömək almışdı. Ümumilikdə bu, tonlarla humanitar yardım və avadanlıqdan səvayı, 501 nəfər insanın, xüsusi təlim keçmiş itlərdən ibarət 32 qrupun göndərilməsini cəmləşdirən yardımdır”, deyə səfirlik bəyan edib.

P.Sultanova

 

Paylaş:
636

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər