Məzarın çərçivə hissələrini sökən şəxslər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Məzarın çərçivə hissələrini sökən şəxslər tutulub

12:20 - 26 / 09 / 2017
Məzarın çərçivə hissələrini sökən şəxslər tutulub

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin ətrafına çəkilmiş alüminiumdan hazırlanmış çərçivə hissələrinin sökülərək oğurlanması barədə məlumat əldə ediblər.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə gələn əməliyyat qrupu tərəfindən müvafiq araşdırmalar aparılıb.

Təxirəsalınmaz tədbirlərlə oğurluğu qrup halında törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Dərviş və Kamil Seyidov saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Tutarlı dəllilər qarşısında onlar törətdikləri əməli etiraf ediblər və oğurladıqları alüminium hissələri metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Maddi sübutlar polis əməkdaşları tərəfindən götürülüb.

Aparılan araşdırmalarla mərhumun ailə üzvləri də müəyyənləşdirilib və şəhər sakini  Roza Əliyeva Yevlax RPŞ-yə dəvət edilərək oğurluq faktı, onu törətməkdə şübhəli bilinən şəxslərin tutulması barədə ona məlumat verilib. 

Babək Cahandarov

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər