“Qarabağ” “Roma”ya qarşı | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” “Roma”ya qarşı

13:17 - 27 / 09 / 2017
“Qarabağ” “Roma”ya qarşı

Ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxacaq.

1news.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri qrup mərhələsinin II turunda İtaliyanın “Roma” klubunu qonaq edəcək.

Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının ölkəmizdə keçirilən ilk qarşılaşması kimi düşəcək və anşlaqla keçəcəyi gözlənilən görüşü portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın favoriti qonaqlar hesab olunsa da, adlı-sanlı rəqibindən çəkinməyən “Qarabağ” doğma publika önündə yaxşı nəticə qazanmaqla azarkeşlərə “Çelsi” ilə ilk oyundakı uğursuzluğu unutdurmağa çalışacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq “Qarabağ” – “Roma” matçı saat 20:00-da başlayacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

C qrupu

27 sentyabr

20:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya)

Baş hakim: Artur Dias
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares
Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

Bakı Olimpiya Stadionu 

1.

Çelsi

1

1

0

0

6-0

3

2.

Roma

1

0

1

0

0-0

1

3.

Atletiko

1

0

1

0

0-0

1

4.

Qarabağ

1

0

0

1

0-6

0

Babək Cahandarov

Paylaş:
904

Son xəbərlər

Bütün xəbərlər