Səfir: “ABŞ-Azərbaycan əlaqələrində irəliləyiş müşahidə olunur”
“Son vaxtlar ABŞ-Azərbaycan əlaqələrində irəliləyiş müşahidə olunmaqdadır”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Xaçmazda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta deyib. O, ikitərəfli münasibətləri yaxşı qiymətləndirdiyini bildirib:
“Hesab edirəm ki, son dövrlər ikitərəfli münasibətlərdə irəliləyiş, tərəqqi müşaihidə olunmaqdadır. Ötən günlərdə məşhur neft müqaviləsinin müddəti uzadıldı. Bu müqavilədə ABŞ şirkətləri də yaxından iştrak edir. Bundan ələvə, iki ölkənin əməkdaşlıq edə biləcəyi bir sıra başqa sahələr var ki, biz o sahələri diqqətdə saxlayırıq, həmin istiqamətlərdə əlaqələrimizin inkişaf etdirilməsinə çalışırıq”.
Səfir bu il Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd olunduğunu, gələn il isə Azərbaycan Demokratik Respublikasının qurulmasının 100 illiyinin qeyd olunacağını xatırladıb:
“Bu ərəfədə iki ölkə arasındakı münasibətlərin daha da dərinləşdirmək, daha da yüksəltmək, inkişaf etdirmək üçün əlimizdən gələni etməyə çalışırıq”.
Babək Cahandarov