Ata ilə anasını qətlə yetirən Gədəbəy sakini tutuldu
Gədəbəy rayonunda dəhşətli qətl törədən şəxs saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.
Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məsimov tutulub.
Babək Cahandarov
991