Prezident Azərbaycan Xalça Muzeyinin əməkdaşlarını təltif edib - SİYAHI | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Azərbaycan Xalça Muzeyinin əməkdaşlarını təltif edib - SİYAHI

18:40 - 27 / 09 / 2017
Prezident Azərbaycan Xalça Muzeyinin əməkdaşlarını təltif edib - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abasova Aygün Elşad qızı

Səlimov Yalçın Ramiz oğlu.

Bundan əlavə, dövlət başçısı Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında digər sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Ağayeva Püstə Tofiq qızı

Məlikova Təranə Nadir qızı

Zeynalova Rəma Mais qızı.

Həmçinin Azərbaycan Prezidenti Azərbaycan Xalça Muzeyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam da imzalayıb:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 “Əməkdar rəssam”

Bəşirov Taryer Ağaveyis oğlu

“Əməkdar mədəniyyət işçisi”

Şirəliyeva Asya Əlimövsüm qızı.

Prezident İlham Əliyev Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında daha bir sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:

Əfəndiyev Toğrul Rasim oğlu

Əsədova Xədicə Vəli qızı

Həbibova Sevda Nürəddin qızı

Məlikova Əminə Zakir qızı

Nuriyeva Mehriban Qulam qızı.

S.Xankişiyeva

 

 

Paylaş:
887

Son xəbərlər

Bütün xəbərlər