Mübariz Əhmədoğlu: 23 sentyabr Ermənistan diplomatiyası üçün qara gün oldu | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: 23 sentyabr Ermənistan diplomatiyası üçün qara gün oldu

11:44 - 27 / 09 / 2017
Mübariz Əhmədoğlu: 23 sentyabr Ermənistan diplomatiyası üçün qara gün oldu

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Nyu-Yorkda BMT BA müstəvisində ATƏT MQ həmsədrlərinin təşkilatçılığı ilə görüşdü.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistan xarici işlər nazirinin Nyu-Yorkda görüşü ilə bağlı açıqlmanı şərh edərkən bildirib:

“Ermənistan XİN-in belə görüşlərə 2 elementdən ibarət xüsusi yanaşması mövcuddur: əsas məqsəd belə görüşlərin baş tutmasına imkan verməməkdir. Baş tutacağı təqdirdə isə bunu mümkün qədər gecikdirmək. Ona görə həmişə belə görüşlər barədə Ermənistan XİN qeyri-dəqiq məlumatlar yayır. Bu dəfə isə Ermənistanın görüş tarixini yubatması ona baha başa gəldi. Həmsədrlər ATƏT-in baş katibi T.Qreminger və BMT Baş Katibinin siyasi məsələlər üzrə müavini C.Feltmanla görüşdü.

ABŞ-ın ağırçəkili diplomatı Feltman BMT-nin siyasi kuratorudur. İranla “altılıq” arasında nüvə müqaviləsi Feltmanın İrana gizli səfər edərək apardığı danışıqlardan sonra imzalandı. Feltman indi Dağlıq Qarabağ tənzimlənməsilə məşğuldur. Səhv etmirəmsə, bu onun ikinci müdaxiləsidir. Bu iki görüşün təşkilində E.Şoferin rolunun olduğunu ehtimal etmək olar. Yeni amerikalı həmsədr E.Şofer ilk dəfə ATƏT MQ həmsədri kimi fəaliyyətə başladı”.

Politoloqun fikrincə, ATƏT MQ həmsədrlərinin Nyu-York görüşündən sonra yaydığı bəyanatda danışıqların davamı üçün etimad tədbirləri kimi prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinə istinad olunmur.

“2016-cı ilin aprel döyüşlərindən sonra bu ilk dəfədir. Prezidentlərin görüşü tənzimlənmənin əsas məsələləri üzrə razılığa gəlmək üçün etimad yaratmaq tədbiri kimi göstərilir. Bu artıq Ermənistanın ciddi diplomatik məğlubiyyətidir. Nyu-York görüşündə ATƏT MQ həmsədrləri səlahiyyət və məsuliyyət prizmasından özlərinin pay bölgüsünü müəyyənləşdirdilər.

Ona görə Ermənistan XİN həmsədrlərlə Xİ nazirlərinin görüşünün bitməsindən sonra dərhal məlumat yayacağını anons etsə də, bu baş vermədi. Çünki görüşün məzmunu Ermənistan XİN-in ev hazırlığını alt-üst etmişdi. Təbii ki, bu Azərbaycan XİN-in iştirakı ilə baş tutdu. Prezident S.Sərkisyan “Baza”da erməni gənclərilə görüş zamanı tənzimlənmədə öz maraqlarını detallar vasitəsilə təmin edəcəklərini bildirmişdi:

“Hər nöqtə və vergül uğrunda uzun müddətli mübahisələr gedəcək”. Azərbaycan Xİ naziri E.Məmmədyarov detal mövzusunda ermənistanlı həmkarı E.Nalbandyanı uddu və prezident S.Sərkisyana detallar fənni üzrə əməlli-başlı dərs keçdi. Bunun əvəzində Ermənistan XİN-i ATƏT MQ həmsədrlərinin yaydığı bəyanatla vuruşmağa başladı. Qısa, amma gərgin döyüşdən sonra Ermənistan XİN həmsədrlərin bəyanatını şil-küt etdi. Ermənistan XİN-in rəsmi saytında yerləşdirilən məlumatda bəyanatın vacib hissələri kəsilmişdi, hətta, “oktyabrın əvvəli” sözü “oktyabr”la əvəzləndi.

Ermənistan diplomatiyasının qara gününü yeni amerikalı həmsədr E.Şoferin rəsmən fəaliyyətə başladığı günlə üst-üstə düşməsini erməni ekspertlərinin nəzərə alması vacibdir”.

S.Xankişiyeva

Paylaş:
818

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər