Aşura günü qanvermə aksiyası keçiriləcək yerlər məlum oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Aşura günü qanvermə aksiyası keçiriləcək yerlər məlum oldu

20:11 - 28 / 09 / 2017
Aşura günü qanvermə aksiyası keçiriləcək yerlər məlum oldu

Oktyabrın 1-də Aşura günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə qanvermə aksiyası keçiriləcək.

1news.az-ın İdarəyə istinadən verdiyi xəbərə görə, qanvermə aksiyası ümumilikdə Bakıda və regionlarda 17 məscid və ziyarətgahı əhatə edəcək.  

Bura Təzə Pir məscidi, Hacı Soltanəli məscidi, Bibiheybət ziyarətgah məscidi, İçərişəhər Cümə məscidi, Qaraçuxur məscidi, Mirmövsüm Ağa ziyarətgah məscidi, Nizami rayon Keşlə qəsəbə məscidi, Sumqayıt şəhəri Cümə məscidi, Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki şəhəri mərkəzi Cümə məscidi, Lənkəran şəhəri Böyükbazar Cümə  məscidi, Bərdə şəhəri Cümə məscidi, Nəsimi rayonu Əjdərbəy məscidi, Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi, Göyçay rayonu Əbülfəzlil Abbas məscidi, Quba rayonu Ərdəbil məscidi daxildir. 

Babək Cahandarov

Paylaş:
669

Son xəbərlər

Bütün xəbərlər