Avtomobilin yanacaq çənindən fişəng və pirotexniki vasitələr aşkar edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobilin yanacaq çənindən fişəng və pirotexniki vasitələr aşkar edildi

21:35 - 28 / 09 / 2017
Avtomobilin yanacaq çənindən fişəng və pirotexniki vasitələr aşkar edildi

Ölkəmizin fişəng və pirotexniki vasitələrin qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına idarə etdiyi “Mersedes Benz” markalı avtomobillə daxil olan Gürcüstan vətəndaşı Məşədiyev Rusif Firudin oğlu ilə idarə etdiyi nəqliyyat vasitəsinə gömrük nəzarətindən gizlədilən və ya gömrük orqanına bəyan edilməyən predmetlərin olub-olmamasına dair şifahi sorğu-sual aparılıb.

Gömrükçülərin suallarına mənfi cavab versə də, Məşədiyev Rusif Firudin oğlunun idarə etdiyi nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə keçirilən gömrük baxışı zamanı avtomobilin qaz balonunun içərisində düzəldilən xüsusi saxlanc yerindən üzərində “Roman Candle” sözləri yazılan 60 qutu fişəng və üzərində “Super Blitz” sözləri yazılan hər birində 10 ədəd olmaqla 40 qutu pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
1065

Son xəbərlər

Bütün xəbərlər