Bakıda Meksikanın turizm imkanları təqdim olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Meksikanın turizm imkanları təqdim olunub

18:16 - 29 / 09 / 2017
Bakıda Meksikanın  turizm imkanları təqdim olunub

Meksikanın Azərbaycandakı səfirliyi Beynəlxalq Turizm Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.

1news.az-a səfirlikdən verilən məlumata görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunmuş və Qız Qalası meydanında baş tutan festivalda ölkənin turistik imkanları, Azərbaycan xalqı ilə əlaqələr, eləcə də ticarətlə bağlı ümumi marağa səbəb olan digər göstəricilər haqqında geniş məlumat verilib.

Həmçinin, festival ziyarətçilərinin milli adət-ənənələrə yaxınlaşma, əl işləri nümunələrini görmə və məşhur Meksika ¨kesadiyyas¨larını dadma imkanları olub.

Dünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən 2017-ci il İnkişaf üçün Dayanıqlı Turizmin Beynəlxalq İli elan edilib. Bununla əlaqədar, Meksika ölkənin endemik növləri və təbii qoruqlarının saxlanması və qorunmasını öhdəsinə götürüb. Hər ikisi tarix boyu turistləri geniş şəkildə özlərinə cəlb ediblər.

Turistlərin böyük marağına səbəb olan digər yerlər ispanlardan əvvəl mədəniyyətə aid olan qədim dağıntılar, müstəmləkə şəhərləri, və əlbəttə ki, əsrarəngiz çimərliklərdir.  

 Meksikanın turizmi onun xalqı üçün ən mühüm iqtisadi fəaliyyətlərdən biridir. Meksika beynəlxalq turistərin sayına görə (cari il üzrə 35,7 milyon ziyarətçi) dünyada səkkizinci yerdədir. Latın Amerikası ölkələri daxilində isə əcnəbilər üçün birinci istirahət ünvanıdır. Bundan başqa, əcnəbi turislərin sayına görə Amerika qitəsində turizm bazarının 17.25 %-ni əhatə edir, və 45 % sahilyanı ərazilərdə inkişaf etdirilir. Beləliklə, bu iqtisadi fəaliyyət milli ÜDM-un 8.2 % -ni təşkil edir.

P.Sultanova

 

Paylaş:
283

Son xəbərlər

Bütün xəbərlər