Bu gün Azərbaycanda Aşuradır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycanda Aşuradır

12:35 - 01 / 10 / 2017
Bu gün Azərbaycanda Aşuradır

Bu gün Azərbaycanda Aşura qeyd olunur.

1news.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi(QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, Məhərrəm ayının 10-u - Aşura günü oktyabrın 1-nə düşür.

 Fətvada qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

O da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.

QMİ Əhli Beytin hər iki məzhəb üçün əziz olduğunu nəzərə alaraq Azərbaycanda yaşayan hər iki məzhəb ardıcıllarına İslami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində dini dəyərlərə uyğun olaraq birgə iştirak etmələrini tövsiyə edir.

Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi daşıyan aksiya adları aşağıda göstərilən məscid və ziyarətgahlarda təşkil edilib:

Yasamal rayonu, Təzəpir və Hacı Soltanəli məscidləri;

Səbail rayonu, Bibiheybət ziyarətgah məscidi və İçərişəhər Cümə məscidi;

Suraxanı rayonu, Qaraçuxur məscidi;

Xəzər rayonu, Mir Mövsüm ağa ziyarətgah məscidi;

Nizami rayonu, Keşlə qəsəbə məscidi;

Nəsimi rayonu, Əjdərbəy məscidi;

Sabunçu rayonu, Rəhimə xanım ziyarətgah məscidi;

Sumqayıt şəhəri, Cümə məscidi;

Gəncə şəhəri, İmamzadə ziyarətgah məscidi;

Mingəçevir şəhəri, Heydər məscidi;

Şəki şəhəri, mərkəzi Cümə məscidi;

Lənkəran şəhəri, Böyükbazar Cümə məscidi;

Bərdə şəhəri, Cümə məscidi;

Göyçay rayonu, Əbülfəzlil Abbas məscidi;

Quba rayonu, Ərdəbil məscidi.

 Qeyd edək ki, Məhərrəm ayı sentyabrın 22-də başlayıb.

1news.az

 

Paylaş:
594

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər