Elmar Məmmədyarov Azərbaycanın Avstriyadakı fəxri konsulları ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Azərbaycanın Avstriyadakı fəxri konsulları ilə görüşüb

16:04 - 02 / 10 / 2017
Elmar Məmmədyarov Azərbaycanın Avstriyadakı fəxri konsulları ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avstriyadakı fəxri konsulları Helmut Mantsenrayter və Andreas Köniqsberqeri qəbul edib.

1news.az-ın məlumatına görə, nazir Elmar Məmmədyarov Helmut Mantsenrayter və Andreas Köniqsberqeri fəxri konsul qismində fəaliyyətə başlamaları münasibətilə təbrik edib və həmsöhbətlərə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanları, ölkəmizdə aparılan köklü iqtisadi islahatlar barədə məlumat verib.

Görüşdə Azərbaycan və Avstriya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.

H.Mantsenrayter və A.Köniqsberqeri fəaliyyətləri dövründə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, Avstriya şirkətlərinin və sərmayəsinin Azərbaycana cəlb edilməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.

Babək Cahandarov

Paylaş:
719

Son xəbərlər

Bütün xəbərlər