Fransız mebel markası Gautier: mükəmməllik və zəriflik nümunəsi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Fransız mebel markası Gautier: mükəmməllik və zəriflik nümunəsi – FOTO – VİDEO

15:15 - 03 / 10 / 2017
Fransız mebel markası Gautier: mükəmməllik və zəriflik nümunəsi – FOTO – VİDEO

Yarım əsrlik müvəffəqiyyət hekayəsi olan Fransız Premium mebel markası Gautier-in (Qotye) artıq Bakıda 2-ci şourumunun rəsmi açılışı həyata keçirilib.

Gautier Fransanın yüksək keyfiyyət səviyyəsi və modern mağaza konsepsiyası ilə seçilən Avropa markasıdır. Bütün məhsulları insan sağlamlığına mənfi təsir etməyən materiallardan və Avropa standartlarına uyğun olaraq hazırlanır.

Gautier-in ikinci və ən böyük yeni mağazasında modern Fransız üslubunda yataq və qonaq otağı, divan və künc divan dəstləri, gənc otağı dəstləri, jurnal masaları, kitab rəfləri və aksessuar çeşidləri təqdim olunur. Fransız dizaynerlər tərəfindən hazırlanan bütün kolleksiyalar fərqliliyi və eleqanlılığı ilə seçilir. 

Gautier-in funksional, estetik və hər zövqə uyğun rənglərlə hazırladığı modern mebel və aksessuar kolleksiyaları hər kəsin zövqünü oxşayacaq. Bütün məhsulların keyfiyyətinə 10 il zəmanət verilir.

Bakıda həyata keçirilən 2-ci açılış tədbirində Soliton Group-un partnyorları, əməkdaşları və Gautier markasının Qafqaz üzrə rəsmi təmsilçisi Sylvain Arteaud da iştirak edib.

Gautier hər kəsə uzun illər istifadə edə biləcəyi keyfiyyətli və etibarlı mebellər təklif edir.

Fransız Premium mebel markası Gautier yeni şourumun ünvanı: Babək prospekti. 1126 (Babək Plaza ilə üzbəüz). Əlaqə nömrəsi: (012) 464-16-48.

Şirkət eyni zamanda interyer dizaynerləri əməkdaşlığa dəvət edir. Əməkdaşlıq etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilər (055) 220-91-67.

Daha ətraflı məlumat sayta daxil olmaqla əldə edə bilərsiniz.

 

Reklam hüququnda

Paylaş:
1914

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər