Azərbaycan səfiri etimadnaməsini Paraqvay Prezidentinə təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan səfiri etimadnaməsini Paraqvay Prezidentinə təqdim edib

10:33 - 03 / 10 / 2017
Azərbaycan səfiri etimadnaməsini Paraqvay Prezidentinə təqdim edib

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Paraqvay Prezidenti cənab Orasio Kartesə təqdim edib.

1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Paraqvay Prezidentinə çatdırıb.

Prezident O.Kartes də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə səfir R.Aslanov O.Kartesə Azərbaycan haqqında ətraflı məlumat verib. Görüş zamanı Azərbaycan və Paraqvay arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident cənab O.Kartes səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

P.Sultanova

 

 

Paylaş:
947

Son xəbərlər

Bütün xəbərlər