Ölkə ərazisində yağmurlu hava davam edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində yağmurlu hava davam edəcək

12:40 - 03 / 10 / 2017
Ölkə ərazisində yağmurlu hava davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabr ayının 4-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 11-13, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 4-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 14-17, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

 

Paylaş:
578

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər