Türkiyə öz vətəndaşlarını Qarabağa səfər etməməyə çağırıb
Türkiyə öz vətəndaşlarını Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməkdən çəkinməyə çağırıb.
1news.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Azərbaycanın rəsmi qurumlarının icazəsi olmadan işğal altında olan Azərbaycan ərazilərinə səfər etmək beynəlxalq hüquqa ziddir.
Sentyabrın 29-da Türkiyə XİN-in yaydığı bəyanatda Türkiyə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin Ankaranın rəsmi siyasətini əks etdirmədiyini bildirib.
Qeyd edək ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup - Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəhbəri Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qanunsuz səfər ediblər.
1news.az