Oleq Polumordvinov və Denis Afanasyev “Tərəqqi” medalı ilə təltif ediliblər | 1news.az | Xəbərlər
Rəsmi

Oleq Polumordvinov və Denis Afanasyev “Tərəqqi” medalı ilə təltif ediliblər

18:58 - 04 / 10 / 2017
Oleq Polumordvinov və Denis Afanasyev “Tərəqqi” medalı ilə təltif ediliblər

Prezident İlham Əliyev O.A.Polumordvinovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Oleq Anatolyeviç Polumordvinov “Tərəqqi” medalı ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Denis Aleksandroviç Afanasyev də “Tərəqqi” medalı ilə təltif edilib.

Babək Cahandarov

Paylaş:
925

Son xəbərlər

Bütün xəbərlər