Lahıcda yeni ümumtəhsil məktəbi binasının tikintisinə 3,5 milyon ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Lahıcda yeni ümumtəhsil məktəbi binasının tikintisinə 3,5 milyon ayrılıb

18:24 - 05 / 10 / 2017
Lahıcda yeni ümumtəhsil məktəbi binasının tikintisinə 3,5 milyon ayrılıb

Prezident İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. İsmayıllı rayonunun Lahıc qəsəbəsində 400 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılsın.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

S.Xankişiyeva

 

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər