Prezident SOCAR-a Lahıcın qazlaşdırılmasını təmin etməyi tapşırıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident SOCAR-a Lahıcın qazlaşdırılmasını təmin etməyi tapşırıb

18:44 - 05 / 10 / 2017
Prezident SOCAR-a Lahıcın qazlaşdırılmasını təmin etməyi tapşırıb

Prezident İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılmasını təmin etsin.
  2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

S.Xankişiyeva

 

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər