Azərbaycanla Türkiyə arasında avtomobillə tranzit daşımalar haqqında saziş təsdiqlənib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanla Türkiyə arasında avtomobillə tranzit daşımalar haqqında saziş təsdiqlənib

19:35 - 05 / 10 / 2017
Azərbaycanla Türkiyə arasında avtomobillə tranzit daşımalar haqqında saziş təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair 2017-ci il iyulun 19-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
  2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
  3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.

S.Xankişiyeva

 

 

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər