Mehriban Əliyeva Masazırda məcburi köçkünlərə yeni mənzillərin təqdim edilməsi mərasimində iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Mehriban Əliyeva Masazırda məcburi köçkünlərə yeni mənzillərin təqdim edilməsi mərasimində iştirak edib – FOTO

21:50 - 05 / 10 / 2017
Mehriban Əliyeva Masazırda məcburi köçkünlərə yeni mənzillərin təqdim edilməsi mərasimində iştirak edib – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 5-də Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov görülən işlər barədə Birinci vitse-prezidentə məlumat verdi.

Bildirildi ki, bu binalar “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilib. Müasir səviyyədə təmir edilən mənzillərin hamısı zəruri avadanlıqla, həmçinin qaz, su və elektrik enerjisi ilə təmin olunub. Binaların həyətində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.

Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Mehriban Əliyeva bildirdi ki, 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən ağır problemi, xalqımızın ən böyük ağrısıdır. Münaqişə nəticəsində soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olduğunu deyən Azərbaycanın Birinci vitse-prezidenti vurğuladı ki, dövlətimizin başçısı İlham Əliyev istər ikitərəfli görüşlərdə, istərsə də beynəlxalq təşkilatlarda etdiyi çıxışlarda bu münaqişə barədə məlumat verir. Bu məsələyə dünyada olan ikili standartlar barədə danışan Birinci vitse-prezident qeyd etdi ki, insan hüquqları təşkilatları 1 milyondan çox qaçqın və məcburi köçkünün haqlarının pozulması ilə bağlı məsələnin həllində səylər göstərmir.

Mehriban xanım Əliyeva dövlətimizin bu illər ərzində qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm işlər gördüyünü, onların yeni mənzillərə köçürüldüyünü, iş yerləri ilə təmin olunduqlarını qeyd etdi. Vurğuladı ki, indiki mərhələdə uyğunlaşdırılmış binalarda, ilk növbədə isə qəzalı vəziyyətdə olan evlərdə yaşayan bu cür insanların mənzil məsələlərinin həlli diqqət mərkəzindədir və gələcəkdə də bu istiqamətdə addımlar atılacaq.

“Azərbaycan qüdrətli və müstəqil dövlətdir. İnkişaf təkcə Bakıda deyil, ölkəmizin hər yerində təmin olunub”, - deyən Birinci vitse-prezident son illərdə ölkəmizdə turizmin inkişafı ilə bağlı görülən işlərdən, regionlarda həyata keçirilən sosial layihələrdən, idman sahəsində əldə edilən uğurlardan, birinci Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsindən də danışdı. Bildirdi ki, Prezident İlham Əliyev üçün Azərbaycanın və xalqımızın maraqları hər şeydən üstündür.

Mehriban Əliyeva Azərbaycanın bu gün inkişaf və tərəqqi yolu ilə getdiyini vurğuladı.

Laçın rayonundan olan məcburi köçkünlər Ağa Əhmədov və Kəmalə Quliyeva, Ağdam rayonundan olan məcburi köçkün Aysel Bəşirova onlara göstərilən dövlət qayğısını qeyd etdilər, Birinci vitse-prezident Mehriban Əliyevaya bu cür layihələrin həyata keçirilməsinə görə minnətdarlıqlarını bildirdilər.

Sonra Azərbaycanın Birinci vitse-prezidenti binalardakı mənzillərdə yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, burada ikisi 80, biri isə 50 mənzilli olmaqla 3 bina inşa edilib. Bu cür layihələrin icrası bir daha sübut edir ki, dövlətimiz məcburi köçkünlərin mənzillərlə təmin olunmasına, onların sosial məsələlərinin həllinə daim böyük diqqətlə yanaşır. Belə binaların inşası həm də bu qəbildən olan vətəndaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması istiqamətində icra edilən layihələrin davamlı olduğunu nümayiş etdirir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Laçın rayonundan olan məcburi köçkün İnnaf Nəcəfovanın mənzilində oldu.

İnnaf Nəcəfova onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirdi.

Mehriban Əliyeva bu kateqoriyadan olan insanların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bundan sonra da tədbirlərin davam etdiriləcəyini dedi, dövlətimizin başçısının müdrik siyasəti ilə torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə ümidvar olduğunu vurğuladı.

AZƏRTAC

Paylaş:
1166

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər