Şimali İraqda referendum: "kürd baharı", yoxsa yeni ixtilaf mənbəyi? – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Şimali İraqda referendum: "kürd baharı", yoxsa yeni ixtilaf mənbəyi? – Newtimes.az

17:50 - 06 / 10 / 2017
Şimali İraqda referendum: "kürd baharı", yoxsa yeni ixtilaf mənbəyi? – Newtimes.az

Sentyabrın 25-də Şimali İraq kürd muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib. Səsvermədə iştirak edənlərin böyük əksəriyyəti müsbət cavab veriblər. Lakin bu tədbirin baş tutması bir sıra ziddiyyətli məqamlarla müşayiət olunub.

Türkmənlər və ərəblərin xeyli hissəsi referendumun əleyhinə idilər. Buna cavab olaraq, kürd silahlı qrupları Kərkükdə dinc türkmənlərə hücum ediblər. Orada etnik əsasda münaqişənin alovlanma ehtimalı yüksəlib. Bundan başqa, İraq mərkəzi hökuməti də öz etirazını bildirib. Baş nazir Heydər əl-İbadi hərbi müdaxiləni istisna etməyib. Region dövlətlərindən Türkiyə və İran da narahatlıqlarını sərt şəkildə ifadə ediblər. Yaxın Şərqdə İsrail kürdlərin müstəqillik referendumunu dəstəklədiyini bəyan edib. Bütün bunların fonunda referendum hadisəsinin mümkün geosiyasi nəticələri üzərində dayanmağa ehtiyac duyulur.

Regionun problemləri və müstəqillik arzusu: kəsişən sahələr varmı?

Yaxın Şərq uzun illərdir ki, daxili intriqaları ilə dünya ictimaiyyətinin diqqət mərkəzindədir. İraq, Suriya, Livan, Yəmən, Misir, Liviya kimi ölkələrdə baş verən hadisələri artıq demək olar ki, hər kəs bilir. Bunlar regionda terrorun, radikalizmin, separatizmin və silahlı toqquşmaların fonunda özünü göstərir. Təəssüf ki, həmin hadisələrin yaratdığı gərginlik nəinki azalmır, hətta yeni təhlükə ocaqları meydana gəlir. Son günlər Şimali İraqda keçirilmiş referendum da bu sıraya aid edilir.

Şimali İraqda kürd muxtariyyəti yaradılıb. Onun paytaxtı Ərbil şəhəridir. Bu muxtar qurum hələlik İraqa tabedir. Lakin, eyni zamanda, müəyyən məsələlər üzrə müstəqil qərarlar qəbul etmək hüququ vardır. Məsələn, enerji sferasında muxtar qurum öz maraqlarına uyğun hərəkət edə bilir. Bundan başqa, muxtariyyətin özünün kürd döyüşçülərindən ibarət silahlı qüvvələri ("peşmərgə") vardır. "Peşmərgə" dəstələri Ərbilə tabedir və onun əmrinə uyğun İraq daxilində hərbi əməliyyatlar keçirə bilir.

Bunun nümunəsi kimi "peşmərgə"lərin İŞİD-lə mübarizə adı altında muxtariyyətə daxil olmayan bölgələrə nüfuz etməsi və orada hətta kürdlərin marağına uyğun etnik siyasət aparmasıdır. Həmin sırada türkmənlərin çoxluq təşkil etdiyi bölgələrə "peşmərgə" qüvvələrinin, yaxud başqa kürd silahlı qruplarının müdaxilə etməsi diqqətdən yayınmır. Bir qayda olaraq, orada türkmənləri incidir, onların evlərini tərk etməsinə çalışırlar. Eyni siyasətin ərəblərə də qarşı aparıldığı barədə informasiyalar yayılıb.

Bunlar onu ifadə edir ki, kürdlər İraqda nəinki kimlərinsə təsiri altında yaşamır, hətta başqalarının təbii haqlarını pozmaq istiqamətində addımlar da atırlar. Belə bir vəziyyətin fonunda Şimali İraqda müstəqilliklə bağlı referendumun keçirilməsi özlüyündə xeyli suallar yaradır. Ekspertlər bu barədə geniş təhlil aparıblar (bax: məs., Референдум в Курдистане: вчера – рано, завтра будет поздно / РСМД, 25 sentyabr 2017 və Uluslararası Hukuk Bağlamında Barzani’nin Referandum Kararının Analizi / TÜRKSAM, 23 sentyabr 2017).

Onların hamısını analiz etməyib bir sıra əhəmiyyətli məqamlar üzərində dayanaq. Əvvəlcə qeyd edək ki, kürd muxtariyyətində insanlar referenduma aktiv surətdə qatılmışdı. Əhalinin 82%-i səsvermədə iştirak edib. Onların 92%-i müstəqilliyə "hə" deyiblər. Ekspertlər ona da diqqət çəkirlər ki, Ərbildəki muxtariyyət rəhbərləri çox sakitdirlər. Onlar Türkiyə, İran və İraq mərkəzi hökuməti tərəfindən edilən hədələrə demək olar ki, reaksiya vermirlər. Ekspertlər bunu ABŞ-ın İraq hökumətinin başçısı Heydər əl-İbadiyə "hərbi müdaxilə" tapşırığını verməsi ilə izah edirlər. Hələlik kürd muxtar qurumuna heç kim silahlı hücum etmir. Lakin ekspertlər vəziyyətin gərgin olduğunu bildirirlər. Məsələni qlobal miqyasda bu referendumla bağlı böyük dövlətlərin keçirdiyi narahatlıqla izah edirlər. ABŞ, Almaniya, Rusiya kimi böyük dövlətlər qeyri-qanuni müstəqillik referendumunun regionda daha çox gərginlik yaradacağı, etnik qarşıdurmalara yeni məzmun verəcəyi haqqında fikir bildiriblər. Xüsusilə Rusiya hesab edir ki, Ərbildən başlanan separatizm əhval-ruhiyyəsi Moskvaya qədər təsir göstərə bilər.

İkibaşlı geosiyasi oyunlar: reallıq və ziddiyyətli məqamlar işığında

Bunlardan başqa, Yaxın Şərqin böyük dövlətləri olan İran və Türkiyə separatçılıq meyllərinin öz ərazilərində güclənməsindən ciddi narahatdırlar. Ankara və Tehran bununla bağlı mövqelərini sərt şəkildə ifadə ediblər. Şübhə yoxdur ki, Ərbilin ardı ilə İran və Türkiyədə yaşayan kürdlər də müstəqillik adı altında radikal addımlara əl atacaqlar.

Vəziyyətin Cənubi Qafqaza da neqativ təsirini istisna etmək olmaz. Referendum erməni separatçılarının əlinə əlavə bəhanə verə bilər. Onlar hətta İraq kürdlərinin müstəqil olmaq və Yaxın Şərqdəki digər ölkələrdə yaşayan kürdlərlə birləşmək istəklərini arqument kimi ortaya ata bilərlər. Bütövlükdə bu cür referendumlar beynəlxalq hüquq sahəsində də müəyyən problemlər yaradır. Deyək ki, millətlərin öz müqəddəratını istismara məruz qalan xalqların yaşadığı ölkədən ayrılıb müstəqil dövlət qurmaqla təyin etməsi barədə beynəlxalq hüquq norması pozulur (bax: Uluslararası Hukuk Bağlamında Barzani’nin Referandum Kararının Analizi / TÜRKSAM, 23 sentyabr 2017).

Yuxarıda da vurğulamışdıq ki, İraqda kürdlər nəinki istismar altında deyillər, onlar hətta başqalarını da öz iradələrinə tabe etdirməyə çalışırlar. Azərbaycanda da ermənilər bütün hüquqlardan tam istifadə edərək yaşayırdılar. Dağlıq Qarabağda həyat səviyyəsi Azərbaycanın digər bölgələrindən yüksək idi. İndi Şimali İraqda kürdlərin müstəqilliklə bağlı referendum keçirməsi beynəlxalq hüquqda bu kimi suallar yaradır. Həm də məsələnin başqa tərəfi hər bir müstəqil dövlətin öz ərazi bütövlüyünü qorumaq hüququ ilə əlaqəlidir. İraq mərkəzi hökumətinin də buna tam haqqı vardır.

Deməli, İraq Kürdüstanında keçirilən qeyri-qanuni müstəqillik referendumunun nəticəsindən asılı olmayaraq, regionda bir neçə istiqamətdə geosiyasi ziddiyyətlər özünü göstərə bilər. Maraqlıdır ki, mütəxəssislər bu sırada Şimali İraqda mövcud olan kürd siyasi qrupları arasında da ziddiyyətin mövcudluğunu vurğulayırlar. Həmin ziddiyyətlərin daha çox KDP-PKK-İKYB arasında olduğu haqqında yazırlar. PKK ilə KDP (Kürdüstan Demokratik Partiyası, lideri Məsud Bərzanidir) xeyli vaxtdır ki, ziddiyyətdədirlər. İKYB (İraq Kürdüstanı Yurdsevərlər Birliyi) isə keçmiş prezident Cəlal Tələbaninin tərəfdarlarıdır. Bunlardan başqa, siyasi mübarizədə "Gorran" və "Kürdüstan İslam Qrupu" da iştirak edir.

Bu qrupların dəstəyi olmasaydı, M.Bərzani referendumda müsbət nəticə əldə edə bilməzdi. Çünki C.Tələbaninin liderlik etdiyi qrupla bərabər bu sonuncu iki təşkilat da müstəqilliklə bağlı səsverməyə birmənalı yanaşmırlar. Onlar ehtiyatlı olmağı və referendumu təxirə salmağı məsləhət bilirdilər. İndi məlum olur ki, M.Bərzani həmin qruplarla ümumi razılığa gəlibmiş. Bəzi informasiyalara görə, "Gorran" hərəkatının M.Bərzaninin müstəqil Kürdüstana rəhbər seçilməyəcəyi ilə bağlı tələbi qəbul olunub (bax: Barzani: Kurdish referendum came after failure of partnership with Baghdad / "Al Arabiya", 7 sentyabr 2017).

Bunların fonunda kürd qrupları daxilində müəyyən ziddiyyətlərin mövcud olduğu və gələcəkdə ortaya problemlər çıxara biləcəyi bildirilir. Lakin daha təhlükəlisi Ərbil-Bağdad xəttində gərginliyin getdikcə yüksəlməsi ilə əlaqəlidir. Mərkəzi hökumət hərbi müdaxilə ilə hədələyib. Artıq İraq silahlı qüvvələrinin yüksək rütbəli zabitləri İranla məsləhətləşmələr aparırlar. Məsud Bərzani isə bunlara elə bir reaksiya vermir. Hətta Bağdadın beynəlxalq hava limanlarını mərkəzi hökumətə təslim etməklə bağlı tələbinə cavab yoxdur.

Digər təhlükə regionun böyük dövlətlərinin Şimali İraqa hərbi müdaxiləsi ehtimalı ilə bağlıdır. Burada İsrail və Səudiyyə Ərəbistanının referendumu dəstəkləməsinə işarə verirlər. Bu, müəyyən qüvvələrin Yaxın Şərqdə vəziyyəti daha da mürəkkəbləşdirmək niyyəti ilə izah edilir. Buradan da kürdlərin müstəqillik referendumunun əslində regionda gərginliyi artırmaq üçün ortaya atılmış oyun olduğu nəticəsi çıxarılır.

Vurğulanan məqamlar referendum olayının iki aspektinin bir-biri ilə sıx bağlı olduğunu təsdiq edir. Birincisi, hər bir xalqın öz müqəddəratını təyinetmə hüququ suveren dövlətin ərazi bütövlüyünün separatçılıqla parçalanması, sərhədlərin zorla dəyişdirilməsi üçün əsas ola bilməz. İkincisi, Şimali İraqdakı müstəqillik referendumu bu faktordan çox ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilə bilər. Çünki kürdlər İraqda istismar edilmir. Onların geniş hüquqları vardır. Eyni zamanda, onlar İraqın digər xalqlarının – ərəblərin, türkmənlərin, xristianların hüquqlarını nəzərə almalıdırlar. Bu səbəblərdən referendumun yeni ziddiyyətlər meydana gətirə biləcəyini proqnozlaşdırmaq mümkündür.

Newtimes.az

Paylaş:
434

Son xəbərlər

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblərBu gün, 13:49Audiovizual Şuranın, MEDİA Agentliyinin və AzərTAC-ın rəhbərləri Mərakeş Krallığında işgüzar səfərdədir - FOTOBu gün, 13:42“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!Bu gün, 12:55Sabahın hava proqnozuBu gün, 12:40Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 12:36Qazaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndiBu gün, 12:26FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTOBu gün, 12:13Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşübBu gün, 12:01Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:59Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublarBu gün, 11:43FHN: Ötən sutka 14 yanğına çıxış olubBu gün, 11:37Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıbBu gün, 11:25Belarus Prezidenti Füzuli rayonuna səfər edib - FOTOBu gün, 11:23
Bütün xəbərlər