Elxan Poluxov etimadnamələrini Qayana Prezidentinə təqdim edib
İqamətgahı Brasiliya şəhərində olan Azərbaycanın Qayanadakı səfiri Elxan Poluxov etimadnamələrini Qayana Prezidenti David Arturt Qranqera təqdim edib.
Səfirlikdən 1news.az verilən məlumata görə, görüş zamanı Prezident Qranger ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arşında əlaqələrin hər bir sahəsində inkişafı üçün geniş imkanların olduğunu söyləyib. Diplomatik əlaqələrin 1995-ci ildə qurulduğunu deyən Prezident hər iki ölkənin bir sıra beynəlxalq təşkilatlarda üzv olmaları Qayana və Azərbaycan arasında oxşarlığın əyani sübutu olduğunu vurğulayıb.
Öz növbəsində E.Poluxov Prezident İlham Əliyevin həmkarına qarşılıqlı salamlarını çatdıraraq Qayanada səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi səylərinin əsirgəməyəçəyini söyləyib.
Sonra səfir Poluxov Qayana Prezidentinə ölkəmiz haqqında ətraflı məlumat verərək ikitərəfli münasibətlərin məsələləri ətrafında müzakirə aparıb.
1news.az