Gədəbəydə kişi keçmiş arvadının başını kəsib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gədəbəydə kişi keçmiş arvadının başını kəsib

09:43 - 06 / 10 / 2017
Gədəbəydə kişi keçmiş arvadının başını kəsib

Gədəbəydə qətl hadisəsi törədilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, rayonun Arıxdam kəndində 1988-ci il təvəllüdlü Fariz Muxtarov boşandığı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın başını kəsib.

Cinayəti törədən F. Muxtarov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

Məlumata görə F. Muxtarovla M. Muxtarova təxminən iki il əvvəl boşanıblar. Onların iki azyaşlı övladı var. Qətl hadisəsi M. Muxtarovanın atasının evində törədilib.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
425

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər