AŞPA sədri vəzifəsinə namizədlər bəlli olub | 1news.az | Xəbərlər
Siyasət

AŞPA sədri vəzifəsinə namizədlər bəlli olub

15:30 - 07 / 10 / 2017
AŞPA sədri vəzifəsinə namizədlər bəlli olub

AŞPA prezidenti Pedro Aqramuntun dünən istefa verməsindən sonra bu vəzifəyə iki namizəd var.

1news.az  AŞPA-nın rəsmi saytına istinadla xəbər verir ki, namizədlər Kiprdən olan Stella Kiriakides və Litvadan olan Emanuelis Zinqerisdir.

Assambleyanın qaydalarına uyğun olaraq AŞPA sədri qurumun sessiyasının açılış günündə, yəni oktyabrın 9-da gizli səsvermə yolu ilə seçiləcək.

Bu formada seçilən sədr növbəti sessiyanın açılışına qədər (Strasburq, 22-26 yanvar 2018-ci il) vəzifəsində qalır.

P.Sultanova

Paylaş:
714

Son xəbərlər

Bütün xəbərlər