Prezident: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır - YENİLƏNİB - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır - YENİLƏNİB - FOTO

12:20 - 07 / 10 / 2017
Prezident: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır - YENİLƏNİB - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Endrü Şeferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

1news.az dövlət başçısının saytına istinadla xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi, gələcək yüksək səviyyəli görüş haqqında söhbət aparıldı.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi qəbul edib.

Endrü Şoferə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı ABŞ-dan olan əvvəlki həmsədrlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində digər həmsədrlərlə birgə səylərini əsirgəmədiklərini bildirərək münaqişənin həllinə indiyədək nail olunmadığını təəssüflə qeyd etdi və dedi ki, buna səbəb Ermənistanın status-kvonu dəyişməz olaraq saxlamağa çalışması, işğal olunmuş torpaqlarımızdan çıxmaması və Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymamasıdır. Hazırda danışıqlar prosesinin bərpa olunduğunu deyən Prezident İlham Əliyev beynəlxalq hüququn normalarına əsaslanan ədalətli həll yolunun tapılması istiqamətində konstruktiv işlər görüldüyünü qeyd etdi, Azərbaycanın bu münaqişənin tezliklə həllində maraqlı olduğunu bildirdi.

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Dövlət Departamentinin rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı. Endrü Şofer vurğuladı ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir və buna görə də münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həlli istiqamətində aparılan prosesdə səylərini əsirgəməyəcəklər.

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Dövlət Departamentinin rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Amerika Birləşmiş Ştatlarının Prezidentinə və Dövlət Departamentinin rəhbərliyinə çatdırmağı xahiş etdi.

 

1news.az

12:09

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Endrü Şeferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

1news.az bu barədə dövlət başçısının saytına istinadla xəbər verir.

1news.az

Paylaş:
312

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər