Müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb

13:52 - 08 / 10 / 2017
Müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb

Oktyabrın 8-də Azərbaycannın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarusа rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyindən  1news.az -a verilən məlumata görə, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində general-polkovnik Z.Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək, eləcə də hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət edəcək.

Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

 1news.az  

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər