Tonqa adaları sahilərində zəlzələ olub | 1news.az | Xəbərlər
Dünya

Tonqa adaları sahilərində zəlzələ olub

19:41 - 08 / 10 / 2017
Tonqa adaları sahilərində zəlzələ olub

Tonqa adaları sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

1news.az- ın  Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri krallığın paytaxtı Nukualofa şəhərindən 238 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.

1news.az  

 

Paylaş:
892

Son xəbərlər

Bütün xəbərlər