Müdafiə naziri Belarusun Hərbi Akademiyasında olub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə naziri Belarusun Hərbi Akademiyasında olub – FOTO

13:19 - 10 / 10 / 2017
Müdafiə naziri Belarusun Hərbi Akademiyasında olub – FOTO

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının Hərbi Akademiyasında olub.

1news.az-ın məlumatına görə, müdafiə nazirinə akademiyanın strukturu, fəaliyyəti və əsas tapşırıqları barədə brifinq təqdim edilib.

Hərbi təhsil müəssisəsinin əməliyyat-taktiki və strateji səviyyəli müxtəlif fakültələri ilə tanış olan nümayəndə heyətinə silah, hərbi texnika və digər döyüş vasitələri nümayiş etdirilərək onların təyinatı və tətbiq edilməsi imkanları barədə ətraflı məlumat verilib.

Babək Cahandarov

 

Paylaş:
733

Son xəbərlər

Bütün xəbərlər