Prezident Administrasiyasının rəsmisi: Ermənistanda nasist ideologiyası dövlət səviyyəsində yayılır | 1news.az | Xəbərlər
Siyasət

Prezident Administrasiyasının rəsmisi: Ermənistanda nasist ideologiyası dövlət səviyyəsində yayılır

13:42 - 12 / 10 / 2017
Prezident Administrasiyasının rəsmisi: Ermənistanda nasist ideologiyası dövlət səviyyəsində yayılır

İkinci Dünya müharibəsinin başa çatmasından yetmiş ildən çox vaxt ötür. Lakin təəssüf ki, bu gün biz müasir saxtakarlar tərəfindən o dəhşətli müharibənin tarixini bilərəkdən və qəsdən təhrif etmək, ata-babalarımızın qəhrəmanlıqlarına qara yaxmaq, işğalçılar tərəfində vuruşmuş xəyanətkarlara və onların himayədarlarına haqq qazandırmaq cəhdlərinin şahidiyik.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu fikri oktyabrın 12-də Bakıda keçirilən “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” adlı beynəlxalq konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.

O qeyd edib ki, iki il bundan əvvəl Rusiyanın təşəbbüsü ilə BMT Baş Məclisinin yetmişinci sessiyasında nasizmin və neonasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə qarşı mübarizəyə həsr edilmiş qətnamə qəbul olunub. Bu sənədi 126 dövlət dəstəkləyib.

“Təəccüb doğuran odur ki, bu ölkələr arasında Ermənistan da var. Halbuki onun ərazisində nasist ideologiyası dövlət səviyyəsində yayılır. Hazırda Ermənistanda hərbi canilərin qəhrəman kimi qələmə verilməsi prosesi gedir. Minlərlə günahsız insanı qətlə yetirmiş nasist rejiminin əlaltısı Qaregin Njdeyə bu ölkədə heykəl qoyulub. Yeri gəlmişkən, həmin heykəlin açılış mərasimində Ermənistan prezidenti də iştirak edib. Njde haqqında film çəkilib, kitab nəşr olunub. Onun şərəfinə gümüşdən hazırlanmış və qızıl suyuna çəkilmiş sikkələr zərb edilib. Bir sözlə, SS erməni legionunu yaradan adam milli qəhrəmana çevrilib”, - deyə Ə.Mehdiyev qeyd edib.

Təəssüf ki, bu cür hərəkətlər başqa ölkələrin veteranları və geniş ictimaiyyəti tərəfindən lazımınca pislənilmir. Bu barədə danışan Prezident Administrasiyasının rəsmisi deyib: “Belə laqeydlik ona gətirib çıxarıb ki, bu gün erməni faşizminin varisləri nasist ideologiyasını dirçəldərək bizi zorla müharibəyə cəlb ediblər. İyirmi beş ildən çoxdur ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal altındadır. Həm Ermənistanın özündə, həm də işğal edilmiş ərazilərimizdə etnik təmizləmələr nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

Qeyd olunub ki, Ermənistanın millətçilik və işğalçılıq siyasəti təkcə regionun təhlükəsizliyinə təhdid yaratmır, həm də bütün dünyada ekstremizmə və şovinizmə qarşı mübarizəni çətinləşdirir. “Yalnız birlikdə informasiya-maarifçilik fəaliyyətini və təbliğat işini gücləndirməklə faşist ideologiyasının daşıyıcılarını ifşa etmək və müsbət dəyişikliklərə nail olmaq mümkündür. Bu məsələdə biz qəti və dəqiq mövqe tutmalıyıq”, - deyə Ə.Mehdiyev vurğulayıb.

Babək Cahandarov

Paylaş:
430

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər