Rauf Əliyev “Kukesi”də qol hesabını açıb | 1news.az | Xəbərlər
Futbol

Rauf Əliyev “Kukesi”də qol hesabını açıb

20:05 - 12 / 10 / 2017
Rauf Əliyev “Kukesi”də qol hesabını açıb

Albaniya çempionatında V turun oyunları keçirilir. 

1news.az xəbər verir ki, millimizin sabiq üzvü Rauf Əliyevin çıxış etdiyi  “Kukesi” səfərdə “Luşnya” ilə qarşılaşıb.
 
Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan birini Rauf vurub. O, 60-cı dəqiqədə fərqlənərək, Albaniya çempionatında qol hesabını açıb.
 
Qeyd edək ki, Rauf Əliyev “Kukesi”yə bu yay “İnter”dən keçib.

1news.az

Paylaş:
639

Son xəbərlər

Bütün xəbərlər