Bolqarıstan prezidenti və xanımı Heydər Əliyev Mərkəzində olublar - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bolqarıstan prezidenti və xanımı Heydər Əliyev Mərkəzində olublar - FOTO

19:30 - 13 / 10 / 2017
Bolqarıstan prezidenti və xanımı Heydər Əliyev Mərkəzində olublar - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 13-də Heydər Əliyev Mərkəzində olublar.

1news.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Bolqarıstan Prezidenti Rumen Radevə müasir Bakının rəmzinə çevrilən Mərkəzin fəaliyyəti haqqında məlumat verdi.

Bildirildi ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi və dövlətçilik irsinin tədqiqi və təbliği, Azərbaycanın tarixi və mədəniyyətinin, milli mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılması istiqamətində fəaliyyət göstərir. Mərkəzdə, həmçinin Heydər Əliyev Muzeyinin yaradıldığı bildirilib. 2013-cü ildən fəaliyyət göstərən Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur.

Ziyarətçilər Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilərlə də tanış ola bilərlər.

Ali qonaq “Azərbaycan inciləri” sərgisi ilə tanış oldu. Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir. Bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir vasitə kimi diqqəti çəkir.

Bolqarıstan Prezidenti “Mini Azərbaycan” sərgisinə baxdı. Bu sərgidə ali qonaq Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı əldə etdi.

Qonaqlar “Kukla incəsənətdə” sərgisi ilə də tanış oldular. Ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub.

Sonra Rumen Radev və Desislava Radeva Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”ni ziyarət etdilər. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov diqqətə çatdırdı ki, sərgidə avtomobilin yarandığı ilk dövrlərdən – XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.

Ali qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.

1news.az

Paylaş:
495

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər