Voleybol üzrə Millətlər Liqası təsis olunub | 1news.az | Xəbərlər
İdman

Voleybol üzrə Millətlər Liqası təsis olunub

20:58 - 13 / 10 / 2017
Voleybol üzrə Millətlər Liqası təsis olunub

FIFA-dan sonra Beynəlxalq Voleybol Federasiyası (FIVB) da voleybol üzrə yeni mötəbər turnir – Millətlər Liqasını təsis edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə FIVB-nin yaradılmasının 70 illik yubileyi münasibətilə Parisdə keçirilən mərasimdə Federasiyanın prezidenti Ari Qraça məlumat verib. O qeyd edib ki, 2018-ci ildə start götürəcək bu mötəbər turnir voleybol idmanı üzrə inqilabi yenilik olacaq. Millətlər Liqasının təsis olunması idman tarixində də ən mühüm hadisələrdən biridir.

FIVB-nin, Beynəlxalq İdman və Media Şirkətinin (IMG) və 21 milli federasiyasının birgə layihəsi olan voleybol üzrə Millətlər Liqasında qadınların və kişilərin yarışının hər birində 12 əsas və 4 əlavə komanda olmaqla ümumilikdə 16 kollektiv çempion adı uğrunda dairəvi sistem üzrə mübarizə aparacaq. Liqanın bir mövsümündə hər komanda ən az 15 matç keçirəcək. Ümumilikdə isə bir mövsüm ərzində 130-dan artıq görüş oynanılacaq. Yarışlar zamanı əsas komandalardan biri ən az bir qrupun oyunlarına ev sahibliyi edəcək.

Kişilərin mübarizəsində Braziliya, İtaliya, ABŞ, Çin, Serbiya, Fransa, Argentina, İran, Polşa, Almaniya, Yaponiya, Rusiya milliləri əsas, Avstraliya, Koreya Respublikası, Kanada və Bolqarıstan isə əlavə komandalar kimi seçiliblər.

Qadınların yarışında isə Braziliya, İtaliya, ABŞ, Çin, Serbiya, Niderland, Tailand, Türkiyə, Koreya Respublikası, Almaniya, Yaponiya, Rusiya seçmələri əsas, Argentina, Dominikan Respublikası, Polşa və Belçika yığmaları isə əlavə komandalar qismində çıxış edəcəklər.

Voleybol üzrə Millətlər Liqasının təsis olunmasının əsas məqsədi idmanın bu növünün kütləviliyinin artırılması, voleybolçuların irimiqyaslı beynəlxalq platformada çıxış etməsinə şəraitin yaradılmasıdır. Həmçinin qadınlar və kişilər üçün bərabər səviyyəli beynəlxalq yarış platformasının təsis olunması voleybolun daha sürətli inkişafına töhfə verəcək.

Xatırladaq ki, Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası sentyabrın 22-dən oktyabrın 1-dək keçirilən sonuncu Avropa çempionatında dördüncü yeri tutmasına baxmayaraq, Millətlər Liqasının iştirakçıları siyahısına salınmayıb.

1news.az

Paylaş:
836

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər