Millimiz yenə darmadağın oldu | 1news.az | Xəbərlər
Futbol

Millimiz yenə darmadağın oldu

21:32 - 13 / 10 / 2017
Millimiz yenə darmadağın oldu

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün ikinci oyununu keçirib.

1news.az xəbər verir ki, komandamız Bolqarıstanın Gorna Orechovitsa şəhərindəki “Lokomotiv” stadionunda Ukrayna yığması ilə qarşılaşıb. Qarşılaşma 6:1 hesabı ilə Ukrayna yığmasının xeyrinə başa çatıb.

Millimiz seçmə mərhələdə son oyununu oktyabrın 16-da, Bakı vaxtı ilə saat 19:30-da Bolqarıstan yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, komandamız ilk oyunda İrlandiya yığmasına 0:6 hesabı ilə uduzub.

U-17 Avropa çempionatının seçmə mərhələsi

XI tur

II tur, 13 oktyabr

Ukrayna – Azərbaycan - 6:1

Qollar: Mixaylo Mudrik, 3; Roman Yakuba, 15, Danilo Silkan, 38, Alan Aussi, 62, Stanislav Biblik, 78, Artyom Sulianski, 80+1 - İsmayıl Zülfüqarlı, 17

1news.az

Paylaş:
596

Son xəbərlər

Bütün xəbərlər