İkinci Bakı Şopinq Festivalı ilə əlaqədar banklar gücləndirilmiş iş rejiminə keçəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İkinci Bakı Şopinq Festivalı ilə əlaqədar banklar gücləndirilmiş iş rejiminə keçəcək

18:05 - 14 / 10 / 2017
İkinci Bakı Şopinq Festivalı ilə əlaqədar banklar gücləndirilmiş iş rejiminə keçəcək

İkinci Bakı Şopinq Festivalı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə oktyabrın 15-dən etibarən 24 bankın 58 filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

1news.az-a MBNP-nin mətbuat xidmətindən bildiriblər ki, festival dövründə ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digərləri isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcək.

Festivalla əlaqədar olaraq, həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə əlaqədar ölkə vətəndaşları və qonaqlar MBNP-na müraciət edə bilərlər:

Əlaqələndirici şəxs: Vüsal Həsənov

Email: [email protected]

Tel: (+994) 12 493 50-58 (daxili 429)

Mob: (+994) 55 294 00 05

Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.

S.Xankişiyeva

Paylaş:
449

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər