Sabah hava kəskin dəyişəcək, leysan yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah hava kəskin dəyişəcək, leysan yağacaq

13:58 - 15 / 10 / 2017
Sabah hava kəskin dəyişəcək, leysan yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz keçəcək.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, günün ikinci yarısında arabir yağış yağacağı  gözlənilir.

Axşam bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 13-16° isti, gündüz  17-21° isti, Bakıda gecə  14-16°, gündüz  18-20° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək.   Nisbi rütubət gecə  75-85 %, gündüz  60-70 %  olacaq.

Oktyabrın 16-sı günün ikinci yarısından 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında  hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 16-da şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman. Qərb küləyi bəzi yerlərdə  arabir  güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz  18-23° isti, dağlarda gecə 2-7°, gündüz 7-11° isti olacağı gözlənilir.

S.Xankişiyeva

 

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər