Mübariz Əhmədoğlu: Rusiyanın regiondakı silahlanma yarışını dayandırmaq üçün bəlkə Azərbaycan ABŞ-dan silah alsın? | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Rusiyanın regiondakı silahlanma yarışını dayandırmaq üçün bəlkə Azərbaycan ABŞ-dan silah alsın?

18:16 - 17 / 10 / 2017
Mübariz Əhmədoğlu: Rusiyanın regiondakı silahlanma yarışını dayandırmaq üçün bəlkə Azərbaycan ABŞ-dan silah alsın?

RF Ermənistana yenidən silah almaq üçün məqsədyönlü kredit ayırdı. RF-in Ermənistanı silahlandırması onun Azərbaycana silah satmasından prinsipial fərqli məsələdir.

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib:

“Azərbaycan torpaqlarını məhz erməni işğalından azad etmək məqsədilə silah alır. Azərbaycan pulu ilə istənilən ölkədən silahını ala bilər. Azərbaycanın RF-dən silah alması mümkün variantlardan yalnız biridir. RF isə bunu Azərbaycanı yeni-yeni silahlar almağa məcbur edən alətə çevririr. Belə ki, RF Ermənistana silahı sadəcə bağışlayır. Ermənistanın silah almağa pulu yoxdur”.

Rusiyanın Ermənistana verdiyi silah krediti üçün müəyyənləşdirdiyi maliyyə şərtlərinin iqtisadiyyatdan çox siyasət qoxuduğunu deyən politoloq Rusiyanın kifayət qədər ciddi məsələləri nəzərə almadığını təəssüf hissi ilə qeyd edib:

I. İşğalçı Ermənistanı silahlandırmaqla RF Dağlıq Qarabağ tənzimlənməsində siyasi iradə nümayiş etdimək niyyətində olmadığını göstərdi. Kreml Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsinə laqeydliyinin və ya ümidsizliyini nümayiş etdirir. RF həm ATƏT MQ –nin həmsədr dövlətidir, həm də təkbaşına Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olmaq öhdəliyini götürüb. Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı RF-in təkliflərini Azərbaycan qəbul edir. İmtina edən Ermənistandır.

II. Silah krediti Ermənistanın Rusiyaya qarşı şantajı ola bilər. RF Ermənistanın şantajına yalnız özü istəyəndə düşür.

III. Ermənistanın Rusiyaya münasibəti qeyri-ciddidir. Ən son misal; RF-dən Mesamor AES-in bərpasına kredit cəlb edən Ermənistan Aİ ilə imzaladığı müqavilədə bu AES-in fəaliyyətinin dayandırılmasına razılıq verib.

IV. SSRİ dağılan ərəfədə  Sovet Ordusuna ilk hücumlar Ermənistandan başlandı. VII ordu Ermənistan ərazisini tərk etdi. 1992-ci ildə Azərbaycan ordusu XankəndiStepanakertin bir addımlığında olarkən o zamanki prezident L.Ter-Petrosyan Moskvaya qaçdı, yalvararaq B.Yeltsindən hərbi kömək istədi və Ermənistanda hərbi baza yaratmağı xahiş etdi.

V. RF-in Ermənistandakı hərbi bazası ətrafında qalmaqallar səngimir. Rus hərbçilərinin öldürülməsi, təşkil edilmiş etirazlar bunu göstərir. Rusiya hərbi bazalarının çıxarılması mövzusunda ən çox aktivlik edən yeganə dövlət Ermənistandır. Rəsmi Yerevan Ermənistandakı RF hərbi bazasının çıxarılmasını  bir neçə dəfə Aİ rəhbərliyi ilə müzakirə edib.

VI. Ermənistan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Şimali Qafqaz mövzusunu Aİ rəhbərliyi ilə dəfələrlə müzakirə etmişdir.

Ermənistanın davranışı Azərbaycana çox yaxşı bəllidir. Rusiyadan Ermənistana silah vermək mövzusunda Azərbaycanın narahatlığı real təhlil və siyasətə söykənir. Azərbaycan Cənubi Qafqazın ən iri dövlətidir; faktiki lideridir. Azərbaycan reqionda marağı olan bütün dövlətlərlə qarşılıqlı faydalı iqtisadi, siyasi  əməkdaşlığı inkişaf etdirur və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. Bu kontekstdən Azərbaycan Cənubi Qafqazın silahlanma meydanına çevrilməsinə imkan verə bilməz. Bunun müxtəlif variantları var. Ən yaxşı variant Azərbaycanın Rusiyadan silah alması məsələsinə yenidən baxması ola bilər. Eləcə də Azərbaycan digər dövlətlərlə də silah müqaviləsi bağlaya bilər. Ən təsirli nəticə ABŞ-dan silahların alınması ola bilər. Ekspert səviyyəsində Azərbaycanın ABŞ-dan silah alması mövzusu aktualdır. Bu mövzuda siyasi məsləhətləşmələr barəsində isə hələlik heç bir şey deyə bilmərik.

M.Əhmədoğlunun sözlərinə görə, ən real çıxış yolu RF-in Ermənistana verdiyi “İskəndər” OTRK-lərini geri qaytarması və silah krediti müqavilələrinə yenidən baxmasıdır:

“Azərbaycan öz yolu olan, müstəqil siyasət aparmağı bacaran, milli maraqlarını qorumağı bacaran dövlətdir. Bu, müxtəlif gərginliklərlə müşaiyət olunsa da, məhz bu siyasət Azərbaycana uğur gətirib. Azərbaycan bu siyasətindən əl çəkə bilməz.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsində maraqlı olan dövlətlər bunu nəzərə almalıdırlar”.

Babək Cahandarov

Paylaş:
912

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər