BMT-nin baş katibi Cenevrə görüşünü alqışlayıb | 1news.az | Xəbərlər
Siyasət

BMT-nin baş katibi Cenevrə görüşünü alqışlayıb

10:58 - 17 / 10 / 2017
BMT-nin baş katibi Cenevrə görüşünü alqışlayıb

BMT-nin baş katibi Antoniu Qutteriş  Azərbaycan və Ermənistan liderlərinin Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair keçirdikləri görüşü alqışlayıb.

1news.az xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

O deyib ki, BMT-nin baş katibi prezidentlər danışıqlar prosesini intensivləşdirmək və təmas xəttində gərginliyin azaldılması istiqamətində əlavə tədbirlər görmək barədə razılığa gəlmələrini təşviq edir.

Quttereş BMT-nin ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini dəstəklədiyini, tərəfləri sammitdə əldə edilmiş müsbət dinamika əsasında Dağlıq Qarabağ münaqişənin nizamlanmasına nail olmağa çağırıb.

P.Sultanova

 

 

 

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər