Zakir Qaralovun qəbul günü dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Qaralovun qəbul günü dəyişdirilib

12:06 - 17 / 10 / 2017
Zakir Qaralovun qəbul günü dəyişdirilib

Baş prokuror Zakir Qaralovun cari il oktyabrın 20-də saat 10:00-da Sabirabad rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı və Salyan rayonlarında yaşayan vətəndaşların nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilərək oktyabrın 27-nə saat 10:00-a keçirilib.

Baş Prokrorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Sabirabad şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

1news.az

 

Paylaş:
492

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər