Çin şirkəti ikiekranlı “Axon M” smartfonunu təqdim edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Çin şirkəti ikiekranlı “Axon M” smartfonunu təqdim edib

22:42 - 18 / 10 / 2017
Çin şirkəti ikiekranlı “Axon M” smartfonunu təqdim edib

Çinin “ZTE” şirkəti ikiekranlı “Axon M” smartfonunu təqdim edib. O, analoji qurğulardan qeyri-adi dizaynı ilə fərqlənir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, cihaz yığılmış vəziyyətdə 5,2 düymlük Full HD təsvir ölçülü ekrana malikdir və “Snapdragon 821” qabaqcıl prosessoru, 4 giqabayt əməli yaddaş, 20 meqapiksellik kamera, 3180 milliamper/saat tutumuna malik akkumulyatorla təchiz edilib.

Əlin yüngül hərəkəti ilə kitab kimi açılan smartfonun, həmçinin ikinci 5,2 düymlük ekranı var. Ekranlar həm birgə, həm də ayrı-ayrılıqda istifadə oluna bilər. Çəkisi 230 qram olan qurğu ilin sonlarında satışa çıxarılacaq.

1news.az

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər