BANM 700 bal toplamış tələbələrin sayına görə liderdir | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM 700 bal toplamış tələbələrin sayına görə liderdir

10:06 - 20 / 10 / 2017
BANM 700 bal toplamış tələbələrin sayına görə liderdir

2017-ci il Bakı Ali Neft Məktəbi (BANM) bir çox göstəricilərə görə respublika birincisi oldu.

1news.az-ın məlumatına görə, onlardan biri də ali məktəblərə qəbul  imtahanlarından maximal  bal toplamış tələbələrin sayına görə liderlikdir. Belə ki, 700 bal toplamış builki abituriyentlərin seçdikləri ali məktəblər üzrə statistikada BANM birinci yeri tutur.

Həmin statistikaya əsasən, respublika üzrə 700 bal toplamış 15 nəfərdən 7-nin seçimi BANM olub. Onlardan da 5 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, iki nəfər isə “Kimya mühəndisliyi” ixtisasını seçib. Həmin tələbələrin siyahısını təqdim edirk:

- Əsədzadə Mahirə Məhəbbət qızı

- Əliyeva Xalidə Vüqar qızı

- Əhmədov Elmir Rövşən oğlu

- Cəbrayılov Vahab Fuad oğlu

- Əsgərzadə Abdulla Sahib oğlu

- Məmmədova Jalə Müşviq qızı

- Əliyev Qabil Elçin oğlu

Respublikada müasir və dinamik inkişafı ilə seçilən BANM-in  rektoru Elmar Qasımov həmin gənclərlə görüş keçirərərk onların nəinki BANM-in, həmçinin bütün Azərbaycan xalqının fəxri hesab etdiyini vurğulayıb.

Tələbələrlə yaxından tanış olan rektor onların gələcək planlarını böyük maraqla dinləyib.

Görüş zamanı Elmar Qasımov tələbələrə öz tövsiyyələrini verərək onları daha yeni zirvələr fəth etməyə ruhlandırıb.

Sonda xatirə şəkli çəkdirilib.

Babək Cahandarov

Paylaş:
664

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər