İstanbuldan gələn şəxsin baqajından iki ədəd “beşbarmaq” çıxdı | 1news.az | Xəbərlər
Cəmiyyət

İstanbuldan gələn şəxsin baqajından iki ədəd “beşbarmaq” çıxdı

19:39 - 21 / 10 / 2017
İstanbuldan gələn şəxsin baqajından iki ədəd “beşbarmaq” çıxdı

İstanbuldan ölkəmizə soyuq silah gətirən şəxs saxlanılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə,

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaja rentgen aparatıyla baxış zamanı monitorda “beşbarmağ”ın təsvirləri görünüb.

Bu səbəbdən baqaj təkrar yoxlanılıb. Nəticədə, baqajin içərisindəki şəxsi əşyaların arasında 2 ədəd “beşbarmaq” aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
797

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər